Rio-2016: Daha bir cüdoçumuz qələbə ilə başladı

Rio-2016: Daha bir cüdoçumuz qələbə ilə başladı

Hazırda oxunan: Rio-2016: Daha bir cüdoçumuz qələbə ilə başladı

17740

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib.

 

Publika.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi Bakı 2015 I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.

 

Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək əlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.

Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO