Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar müəyyənləşəcək

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar müəyyənləşəcək

Hazırda oxunan: Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar müəyyənləşəcək

177355

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, son gündə daha iki görüş baş tutacaq. 

“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Komandaların ilk oyununda qalib müəyyənləşməyib. 

Son oyunda isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların Sumqayıtdakı ilk görüşündə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi. “Zirə” və “Qarabağ” artıq yarımfinala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku

1/4 finalın cavab oyunları

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

Qəbələ şəhər stadionu, 16:00

İlk oyun – 1:1.

“Neftçi” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

“Neftçi Arena”, 19:00

İlk oyun – 3:2.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO