“Qarabağ”ın legioneri komandaya qayıtdı

“Qarabağ”ın legioneri komandaya qayıtdı

Hazırda oxunan: “Qarabağ”ın legioneri komandaya qayıtdı

176878

"Qarabağ"ın futbolçusu Patrik Andrade komandanın düşərgəsinə qoşulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov instaqram hesabında paylaşım edib.

Andradenin formasını geyndiyi Kabo-Verde milli komandası Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində mübarizəni dayandırıb. Buna görə də 30 yaşlı futbolçu artıq "Qarabağ"a qoşulub.
Qeyd edək ki, Patrik Andrade bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO