“Turan Tovuz” komanda yoldaşını vuran futbolçunu qovdu

“Turan Tovuz” komanda yoldaşını vuran futbolçunu qovdu

Hazırda oxunan: “Turan Tovuz” komanda yoldaşını vuran futbolçunu qovdu

176865

"Turan Tovuz" futbolçusu Budaq Nəsirovla yolları ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Budaq Nəsirov bu mövsüm "Turan Tovuz"un əsas komandasının heyətində 3 oyunda meydana çıxıb. Yarımmüdafiəçi əvəzedici komandanın heyətində "Səbail-2" ilə keçirilən görüşdə (5:1) komanda yoldaşı Elxan Qasımovu vurduğu üçün 4 oyunluq cəzalandırılmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO