"Ronaldodan qorxurlar, amma "Mançester Yunayted"dən yox" - Anderson

Hazırda oxunan: "Ronaldodan qorxurlar, amma "Mançester Yunayted"dən yox" - Anderson

176735

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Anderson "Əl-Nəsr"in futbolçusu  Kriştiano Ronaldo haqda danışıb.

Bizim.Media "Globo"ya istinadən xəbər verir ki, o deyib ki, Mançester təmsilçisi  2022-ci ilin noyabrında portuqaliyalı hücumçunu yolları ayırmaqla səhv edib:

"Kriştiano qorunmalıdır. Bu gün onun 50 qol var. Bəli, Səudiyyə Ərəbistanında vurulub, amma 50 qoldur! Üç epizoddan ikisində qol vurur. Bu, bir faktdır. Kim Ronaldoya qarşı oynasa, ondan qorxacaq. Bu gün heç kim “Mançester Yunayted”ə qarşı oynamaqdan qorxmur. Zərbədən sonra zərbə vururlar. Ronaldo "Yunayted"in yenidən qurulması prosesində olanda kluba qayıtdı və 25 qol vurdu. Və sonra getməli oldu".

"Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir .

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO