“Beşiktaş” “Trabzonspor”a 2 cavabsız qolla qalib gəldi

“Beşiktaş” “Trabzonspor”a 2 cavabsız qolla qalib gəldi

Hazırda oxunan: “Beşiktaş” “Trabzonspor”a 2 cavabsız qolla qalib gəldi

176581

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun mərkəzi oyununda "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hər iki qolu meydan sahiblərinin gənc futbolçusu Semih Kılıçsoy vurub. Yarımmüdafiəçi 44 və 62-ci dəqiqələrdə fərqlənib.

Günün digər oyunlarında "Pendikspor" "Adana Demirspor"u, "Kasımpaşa" isə "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Beşiktaş" 39 xalla üçüncü, "Trabzonspor" isə 37 xalla dördüncüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO