Böyük Dəbilqə turniri: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

Böyük Dəbilqə turniri: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

Hazırda oxunan: Böyük Dəbilqə turniri: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

176521

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"yə yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq. Onlar 2 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Böyük dəbilqə

Kişilər

90 kq

Vüqar Talıbov startda Mariano Koto Bersyerlə (Argentina) güləşəcək. Həmyerlimiz mərhələ adlayacağı halda, ilk mərhələdən azad olan Komronşox Ustopiriyonla (Tacikistan) qüvvəsini sınayacaq.

Elcan Hacıyev rəqibi Sanşiro Murao (Yaponiya) olacaq.

+100 kq

Uşangi Kokauri ilk qarşılaşmasını Klement Musumadi (Konqo) - Bubakar Mane (Qvineya-Bisau) görüşünün qalibinə qarşı keçirəcək.

Qeyd edək ki, yığmamızın heyətində Zelim Tçkayev (81 kq) gümüş medal əldə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO