Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra İLK MATÇ

Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra İLK MATÇ

Hazırda oxunan: Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra İLK MATÇ

176496

"Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Ağ-qaralar" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" 31 xalla üçüncü sıradadır.

Günün ikinci oyununda "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası

XXI tur

15:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Qəbələ” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq.

Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO