“Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxt 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı. Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi”.
Bizim.Media xəbər verir ki, bunu “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən deyib.
O qeyd edib ki, məğlub olsalar da, utanılası bir əlamət görmür:
“Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə nəticə bizi məyus edir. Heç-heçə olsaydı, daha ədalətli olardı”.
Diniyev "Qarabağ"ın "Sabah" üzərindəki 7:1 hesablı qələbəsindən sonra komandanı oyuna hazırlamağın çətinlikləri barədə bildirib ki, “zarafatca Qurban Qurbanovdan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan? Qurban müəllimə çox böyük hörmətim var. Yaxşı insan, yaxşı məşqçidir. "Qarabağ"la açıq futbol oynamaq cinayətdir, ölümə bərabərdir”.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:12 / 03.02.2024
Şahin Diniyev: “Qurban Qurbanovdan soruşdum ki, məni də istefaya göndərəcəksiniz?”
Hazırda oxunan: Şahin Diniyev: “Qurban Qurbanovdan soruşdum ki, məni də istefaya göndərəcəksiniz?”
Hazırda oxunan: Şahin Diniyev: “Qurban Qurbanovdan soruşdum ki, məni də istefaya göndərəcəksiniz?”
176460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.