Dopinq və steroid istifadə edən idmançılar üçün Olimpiya Oyunları KEÇİRİLƏCƏK

Dopinq və steroid istifadə edən idmançılar üçün Olimpiya Oyunları KEÇİRİLƏCƏK

Hazırda oxunan: Dopinq və steroid istifadə edən idmançılar üçün Olimpiya Oyunları KEÇİRİLƏCƏK

176330

Amerikalı milyarder Peter Thiel dopinq və steroid istifadə edən idmançılar üçün Olimpiya Oyunları təşkil edəcək.

Bizim.Media xəbər verir ki, 2025-ci ildə keçirilməsi planlaşdırılan yarışlarda idmançılar, üzgüçülər, gimnastlar və güləşçilər mübarizə aparacaqlar.

Peter Thielin sözlərinə görə, iştirakçılar bütün turnir boyu dürüst və açıq şəkildə dopinq istifadə edə biləcəklər.

Milyarder bildirib ki, layihənin təqdimatı aprelin 17-də baş tutmalıdır və bunun üçün o, yayda BOK rəhbəri Tomas Baxla görüşmək üçün Paris Olimpiadasına qatılacaq.
Plana əsasən oyunlar qida və bioloji əlavələri öyrənən “Enhanced Games” şirkətinin dəstəyi ilə hər il keçiriləcək. Təşkilat nümayəndələrinin sözlərinə görə, artıq 900 nəfər steroid olimpiadasında iştirak etmək üçün müraciət edib.

Şirkət hesab edir ki, insanların öz bədənləri ilə bağlı seçim etmək hüququ var və bu seçimlər idman federasiyalarından və ya hökumətlərdən asılı deyil.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO