Məşhur ispan basketbolçu karyerasını BAŞA VURDU 

Məşhur ispan basketbolçu karyerasını BAŞA VURDU 

Hazırda oxunan: Məşhur ispan basketbolçu karyerasını BAŞA VURDU 

176191

Milli Basketbol Assosiasiyasının çempionu, ispaniyalı oyunçu Mark Qazol doğma Barselona şəhərində mətbuat konfransı keçirərək, karyerasını başa vurduğunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, 20 illik karyerası ərzində (2003-23) Qazol MBA çempionu (2019), MBA-da ilin ən yaxşı müdafiəçisi (2013) olub, üç dəfə All-Star (2012, 2015, 2017) oyununda iştirak edib.

Xatırladaq ki, MBA-da o, “Memphis Grizzlies”, “Toronto Raptors” və “Los Angeles Lakers”də oynayıb. The “Athletic” nəşrinin məlumatına görə, Memfisdə onun çıxış etdiyi 33 nömrəli forma əbədiləşdiriləcək.

Qazol İspaniya millisi ilə Dünya Çempionatında iki dəfə qızıl medal (2006, 2019) qazanıb. Beş dəfə Avropa Çempionatında iştirak edib (2009 və 2011-də qızıl; 2007-də gümüş; 2013 və 2017-də bürünc). Bundan başqa o, iki dəfə Olimpiya Oyunlarının gümüş mükafatçısı olub (2008, 2012).

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO