Murad Musayev: “Düşündüm ki, ayrılmağım komandaya fayda verəcək”

Murad Musayev: “Düşündüm ki, ayrılmağım komandaya fayda verəcək”

Hazırda oxunan: Murad Musayev: “Düşündüm ki, ayrılmağım komandaya fayda verəcək”

176176

"Sabah"dan ayrılan Murad Musayev Rusiya mətbuatına açıqlama verib.

Bizim.Media xəbər verir ki, "championat.com" saytına danışan rusiyalı mütəxəssis ayrılığının komandaya fayda verəcəyini düşündüyünü bildirib:

“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynadı və yaxşı nəticələr göstərdi. Komandanın çoxlu qələbələri olub. İndi o həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. 
Avrokuboklara vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün şərtlər var. Bu, çətin qərardır, lakin düşündüm ki, ayrılığım komandaya fayda verəcək. "Sabah" rəhbərliyi getməyimin əleyhinə idi, amma qərarımı vermişdim və hörmətlə yanaşdılar".

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO