Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrənin ilk turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada XI turun son günündə bir matç keçirilib.
Günün yeganə qarşılaşmasında “Azərreyl” UNEC-i sınağa çəkib. "Dəmiryolçular" asan qələbə qazanaraq, yenidən lider mövqeyinə yüksəliblər. "Tələbələr"lə oyunda "Azərreyl" rəqibə cəmi 38 xal qazanmaq imkanı verib.
Qeyd edək ki, turun ilk günündə “Milli Aviasiya Akademiyası” “Gəncə”yə 2:3 (26:24, 19:25, 15:25, 25:19, 11:15) hesabı ilə uduzub, “Murov Az Terminal” isə “Abşeron”u üstələyib - 3:0 (25:20, 25:18, 25:22).
Yüksək Liqa
XI tur
31 yanvar
18:00. “Azərreyl” - UNEC - 3:0 (25:13, 25:18, 25:7)
UNEC VK-nın idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media