“Braqa” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ

“Braqa” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ

Hazırda oxunan: “Braqa” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ

175935

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir itki ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, müdafiəçi Adrian Marin sıradan çıxıb.

Çempionat matçında zədələnən ispaniyalı sol cinah oyunçusu əməliyyat olunub. Klubun həkimləri onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalmasını qərara alıb. 

27 yaşlı oyunçu “Qarabağ”la hər iki görüşü buraxmalı olacaq. Daha əvvəl yarımmüdafiəçi Brumanın da zədə ucbatından ağdamlılarla matçlarda iştirak etməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO