Asiya Kuboku: Özbəkistan millisi 1/4 finala vəsiqə qazandı

Asiya Kuboku: Özbəkistan millisi 1/4 finala vəsiqə qazandı

Hazırda oxunan: Asiya Kuboku: Özbəkistan millisi 1/4 finala vəsiqə qazandı

175819

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Özbəkistan millisi Tailand yığması ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən özbəklər adını növbəti raunda yazdırıb.

Günün digər oyununda isə Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya seçmələri qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya və Qətər seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO