Məşhur basketbolçu “Sabah”ın baş məşqçisi TƏYİN OLUNDU 

Məşhur basketbolçu “Sabah”ın baş məşqçisi TƏYİN OLUNDU 

Hazırda oxunan: Məşhur basketbolçu “Sabah”ın baş məşqçisi TƏYİN OLUNDU 

175790

“Sabah” basketbol klubuna yeni təyinat reallaşıb.  

Bizim.Media xəbər verir ki, tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis komandanın yeni baş məşqçisi təyin olunub. 

63 yaşlı litvalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. 

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Rimas Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Rimas Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var. Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO