“Qarabağ” Andradeyə yeni müqavilə təklif edib

“Qarabağ” Andradeyə yeni müqavilə təklif edib

Hazırda oxunan: “Qarabağ” Andradeyə yeni müqavilə təklif edib

175676

"Qarabağ" yarımmüdafiəçisi Leandro Andradeyə yeni müqavilə təklif edib.

Bizim.Media xəbər verir ki, tərəflər arasında mövcud anlaşma 2024/25 mövsümünün sonuna qədər qüvvədədir. 

Ağdam klubu artıq kabe-verdeli futbolçuya 3 illik yeni sözləşmə imzalamağı təklif edib.
Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO