UEFA prezidenti Səudiyyə Ərəbistanını tənqid etdi

UEFA prezidenti Səudiyyə Ərəbistanını tənqid etdi

Hazırda oxunan: UEFA prezidenti Səudiyyə Ərəbistanını tənqid etdi

175512

UEFA prezidenti Aleksandr Çeferin növbəti dəfə ərəblərin transferlərə böyük pullar xərcləməsini tənqid edib. 

Bizim.Media xəbər verir ki, o, futbolu pulla almağın mümkün olmadığını düşünür:

“Azarkeşlər turnir və komandaları izləyirlər, futbolçuları deyil. İspaniyada 98 faiz insan Benzemanın hara getdiyindən xəbərsiz idi. Amma 100 faizi onun “Real”da oynadığını bilirdi. Artıq bəzi oyunçuların geri qayıtdığını görürük”.

UEFA prezidenti Səudiyyə Ərəbistanı təmsilçiləri tərəfindən idarə olunan ingilis klubunu nümunə göstərib. Çeferin “Nyukasl”ın ulduzlara böyük pullar xərcləmədiyini, amma Çempionlar Liqasında vəsiqə qazandığını deyib: “Yalnız tənqid etmək istəmirəm. Əgər belə davranacaqlarsa, çox uzağa gedilməyəcək. Bu, boş yerə pul xərcləməkdən başqa bir şey deyil”.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO