Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq.
90 kq.
Elcan Hacıyev - Adam Borçaşvilli (Avstriya)
Vüqar Talıbov - Ali Hazem (Misir)
+100 kq.
Uşangi Kokauri - Munir Ertuq (Türkiyə)
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunur.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:59 / 28.01.2024
Azərbaycanın daha 3 cüdoçusu Portuqaliyada mübarizəyə başlayacaq
Hazırda oxunan: Azərbaycanın daha 3 cüdoçusu Portuqaliyada mübarizəyə başlayacaq
Hazırda oxunan: Azərbaycanın daha 3 cüdoçusu Portuqaliyada mübarizəyə başlayacaq
175446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.