"Qarabağ" "Kəpəz"lə matçı 10 nəfərlə başa vurdu - SƏBƏB

Hazırda oxunan: "Qarabağ" "Kəpəz"lə matçı 10 nəfərlə başa vurdu - SƏBƏB

175386

“Qarabağ” Misli Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə matçı  (2:1) 10 futbolçu ilə başa vurub.

Bizim.Media xəbər verir ki, matçın 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Yasin Benzia zədələnərək meydanı tərk edib. 

O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. "Qarabağ" 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün matçı 10 nəfərlə başa vurmağa məcbur olub.

Benzia 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana daxil olmuşdu. 

Qeyd edək ki, "Qarabağ"ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO