Atletika üzrə qış çempionatı başlayıb - FOTO

Atletika üzrə qış çempionatı başlayıb - FOTO

Hazırda oxunan: Atletika üzrə qış çempionatı başlayıb - FOTO

175273

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qış Azərbaycan çempionatına start verilib. 

Bizim.Media xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov yarışın əhəmiyyətini qeyd edib və bildirib ki, əsas məqsədlərdən biri atletikanın coğrafiyasını daha da genişləndirmək və gələcək yarışlarda daha çox regionların təmsilçilərinin iştirakını təmin etməkdir. 

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva ilin ilk böyük yarışının nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynadığını vurğulayıb. Respublika Olimpiya Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparır. 

2 gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m qarışıq estafet qaçış növləri daxildir. Qeyd edək ki, 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

İlk yarış gününün qalibləri

Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
3. Emil İlyasov

Üç təkanla tullanma

1. Yekaterina Sarıyeva
2. Cansu Zeynallı
3. Aysel Mehralıyeva

Nüvə itələmə

1. İsmayıl Əliyev
2. Telman Nəzərov
3. Kənan Vəliyev

60 metr məsafəyə qaçış

1. Əlhəm Nağıyev
2. Aleksey Əliəkbərov
3. Əli Abdıyev

60 metr məsafəyə qaçış

1.Lamiyə Vəliyeva
2. Fəridə Rzayeva
3. Fatimə Həsənova

400 metr məsafəyə qaçış

1. Cavid Məmmədov
2. Elmir Cəbrayılov
3. Rasim Məmmədli

400 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva
2. Ləman İsfəndiyarova
3. Almaz Hüseynova

1500 metr məsafəyə qaçış

1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Əmrah Nağıyev

1500 metr məsafəyə qaçış

1. Səmayə Hacıyeva
2. Leyla Abduləzizova
3. Fidan İslamova











Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO