\

\"Turan Tovuz\" \"Səbail\"ə qalib gəldi

Hazırda oxunan: \"Turan Tovuz\" \"Səbail\"ə qalib gəldi

175258

Bu gün Misli Premyer Liqasında 20-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Turan Tovuz" evdə "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da "Turan Tovuz" xallarının sayını 25-ə çatdırıb və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər görüşləri 27 və 28 yanvar tarixlərində keçiriləcək.

26 yanvar (cümə)

15:00. “Turan Tovuz” – “Səbail” - 3:1

Qollar: Ayxan Quseynov, 24 (1:0), Luis Paçu, 73 (2:0), Pedro Nuno, 81 (2:1), Luis Paçu, 86 (3:1)

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Tovuz şəhər stadionu

27 yanvar (şənbə)

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov

Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

28 yanvar (bazar)

15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev

“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

“Neftçi Arena”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO