Cokoviçdən gözlənilməz MƏĞLUBİYYƏT

Cokoviçdən gözlənilməz MƏĞLUBİYYƏT

Hazırda oxunan: Cokoviçdən gözlənilməz MƏĞLUBİYYƏT

175200

Avstraliya açıq çempionatında kişilərin mübarizəsində ilk finalçı məlum olub. 

Bizim.Media xəbər verir ki, turnirdə 10 dəfə çempion olan Novak Cokoviç Yannik Sinnerlə qarşılaşıb.

Bu mərhələyə qədər bir set belə uduzmayan italyan tennisçi oyuna əla başlayıb. İlk setdə o, 6:1 hesabı ilə qalib gəlib. İkinci set də birincidən fərqlənməyib.
Bu dəfə Sinner 6:2 hesabı ilə qələbə qazanıb. 3-cü setdə isə Cokoviç müqavimət göstərməyə başlayıb. Öz servislərini qoruyan serbiyalı tennisçi seti tay-brekə qədər daşıya bilib. Orada isə bir matçboldan xilas olmaqla qalib gəlib. 

Lakin 4-cü setdə Sinner məsələni tamamilə həll edib. Bu dəfə o, 6:3 hesabı ilə qalib gəlib. Beləliklə də, Novak Cokoviç çempionluq titulu ilə vidalaşmaq məcburiyyətində qalıb.

Finalda Sinnerin rəqibi Medvedev – Zverev görüşündən sonra məlum olacaq. Xatırladaq ki, italyan tennisçi üçün bu, ilk “Böyük dəbilqə” finalı olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO