FİDE qadınlar üçün xüsusi turnir təşkil edəcək

FİDE qadınlar üçün xüsusi turnir təşkil edəcək

Hazırda oxunan: FİDE qadınlar üçün xüsusi turnir təşkil edəcək

175144

Beynəlxalq Şahmat Federasiyası (FIDE), tezliklə “World Chess” onlayn şahmat məktəbi ilə birgə “Qadınların çərşənbəsi” adlı virtual turnirlərin başlanacağını elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın məlumatına görə, silsilə turnirlər şahmat aləmində qadınların imkanlarının artırılmasına xidmət edəcək və FİDE-nin 100 illiyinə həsr olunacaq. Turnirdə onlayn-məktəb platformasında həftəlik (hər çərşənbə) şahmat oyunları təşkil ediləcək.

Təşkilatçılar qadın şahmatçılara daha çox ünsiyyət qurmaq, bir-birini tanımaq və birlikdə peşəkar inkişaf etmək imkanı yaratmaq istəyirlər. Ədalətli oyuna və FİDE qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetiriləcək.
Turnirin sonunda min dollar dəyərində mükafatlar veriləcək, gələcəkdə isə mükafat fondunu 100 min dollara çatdırmaq planlaşdırılır.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO