Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq

Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq

Hazırda oxunan: Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq

175118

Atletika üzrə Qış Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yarış yanvarın 26-27-da olacaq.

Respublika Olimpiya Mərkəzində baş tutacaq turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edəcəklər.

40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO