“Hazırda Şeydayevin fiziki çatışmazlığı var” - Ertuğrul Sağlam

“Hazırda Şeydayevin fiziki çatışmazlığı var” - Ertuğrul Sağlam

Hazırda oxunan: “Hazırda Şeydayevin fiziki çatışmazlığı var” - Ertuğrul Sağlam

174963

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Türkiyə 1-ci liqasının 20-ci turunda "Altay"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Bizim.Media "Kocaeli Halk" qəzetinə istinadən xəbər verir ki, mütəxəssis tədbirdə komandanın yeni transferləri Ramil Şeydayev və Duhan Aksu haqda da danışıb.

Onların hazırkı durumu barədə suala cavabında E.Sağlam deyib ki, hər iki futbolçunun bugünkü fiziki formasında müəyyən çatışmazlıq var:

“Duhan bir az daha geridədir. Amma bu çatışmazlıqları yavaş-yavaş aradan qaldırırlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".
Qeyd edək ki, R.Şeydayev ötən həftə "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Altay" - "Kocaelispor" görüşü yanvarın 28-i keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO