Stolüstü tennis yığmamız Avropa çempionatında iştirak edəcək - İLK DƏFƏ

Stolüstü tennis yığmamız Avropa çempionatında iştirak edəcək - İLK DƏFƏ

Hazırda oxunan: Stolüstü tennis yığmamız Avropa çempionatında iştirak edəcək - İLK DƏFƏ

174696

Yanvarın 24-də 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək.

Zemfira Mikayılova və Ləman Abdulhəmidova milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında qitə çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan yığması ilk dəfə Avropa çempionatında qüvvəsini sınayacaq. Z.Mikayılova ilə L.Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələnib. Yarışa yanvarın 28-də yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO