Türkiyə kuboku: Renat Dadaşovun komandasının rəqibi bəlli oldu

Türkiyə kuboku: Renat Dadaşovun komandasının rəqibi bəlli oldu

Hazırda oxunan: Türkiyə kuboku: Renat Dadaşovun komandasının rəqibi bəlli oldu

174640

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Başakşəhər"lə üz-üzə gələcək. 

Qeyd edək ki, İstanbul təmsilçisi bundan əvvəlki mərhələdə Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"u mübarizədən kənarlaşdırmışdı.  Kubokun əsas favoritləri olan "Qalatasaray" "Bandırmaspor"u, "Fənərbaxça" isə "Qaziantep"i sınağa çəkəcək.

Türkiyə kuboku

1/8 final mərhələsi

"Sivasspor" - "Konyaspor"

"Başakşəhər" - "Hatayspor"

"Gənclərbirliyi" - "Trabzonspor"

"Antalyaspor" - "Beşiktaş"

"Fatih Karagümrük" - "Samsunspor"

"Ankaragücü" - "24 Erzincanspor"

"Qalatasaray" - "Bandırmaspor"

"Qaziantep" - "Fənərbaxça"

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO