Bakıdakı dünya kubokunda ölkəmizi hansı gimnastlar TƏMSİL EDƏCƏK? – SİYAHI 

Bakıdakı dünya kubokunda ölkəmizi hansı gimnastlar TƏMSİL EDƏCƏK? – SİYAHI 

Hazırda oxunan: Bakıdakı dünya kubokunda ölkəmizi hansı gimnastlar TƏMSİL EDƏCƏK? – SİYAHI 

174596

Azərbaycan Gimnastika Federasiyası (AGF) fevraldan etibarən beynəlxalq yarışlar mövsümünə start verəcək. 

Bizim.Media xəbər veir ki, ilk yarış fevralın 23-dən 25-dək Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku olacaq. Batut gimnastikası üzrə yarış fərdi proqramda Paris-2024-ə lisenziya xarakteri daşıyacaq. 

Dünya kubokuna batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi qatılacaq. Fərdi və sinxron proqram üzrə keçiriləcək batut yarışlarında ölkəmizi qadınlar arasında Selcan Mahsudova, kişilər arasında Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev təmsil edəcəklər.

Tamblinq üzrə yarışda isə ölkəmizi Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov, Bilal Qurbanov təmsil edəcəklər. 

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil edəcəyi yeddinci Dünya kuboku olacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO