Moskvadakı səfirlik binasının önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - VİDEO

Moskvadakı səfirlik binasının önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - VİDEO

Hazırda oxunan: Moskvadakı səfirlik binasının önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - VİDEO

174373

Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, səfir Polad Bülbüloğlu səfirliyin əməkdaşları ilə birgə diplomatik nümayəndəliyin girişində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr olunan bannerin qarşısına gül qoyublar.

P.Bülbüloğlu rəsmi çıxışında həmin qanlı günlərin hadisələrini ətraflı təsvir edib, eləcə də öz xatirələrini bölüşüb. O bildirib ki, 20 Yanvar faciəsinə Heydər Əliyevin təşəbbüsü və israrı sayəsində dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Səfir xüsusilə vurğulayıb ki, 1994-cü ilin fevralında Milli Məclisin növbədənkənar iclasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü elan edilib.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO