"Beşiktaş" heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi cari mövsümün sonunadək "Nitsa"da (Fransa) oynayacaq. Müqaviləyə əsasən, "Nitsa" Rozyeni birdəfəlik almaq hüququna da malik olacaq.
Qeyd edək ki, "Beşiktaş" ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırıb. Buna səbəb isə onun zəif performans göstərməsi və komanda daxilində uyğunsuz davranışlara yol verməsi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:42 / 19.01.2024
\"Beşiktaş\" futbolçusunu icarəyə göndərdi
Hazırda oxunan: \"Beşiktaş\" futbolçusunu icarəyə göndərdi
Hazırda oxunan: \"Beşiktaş\" futbolçusunu icarəyə göndərdi
174077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.