Voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparan “Xarı Bülbül” Laçın klubu fəaliyyətini dayandırıb.
Bu barədə Bizim.Media-ya klubun təsisçisi İlqar İmanquliyev məlumat verib. Onun sözlərinə görə, maliyyə çətinliyi klubun yaşamasına imkan verməyib:
“Artıq neçə ay idi ki, ciddi maliyyə çətinliyimiz var idi. Oyunçuların maaşlarını ödəyə bilmirdik. Sponsorlara müraciət etdik. Ancaq heç kim komandaya yaxın durmadı. Ona görə də “Xarı Bülbül Laçın” klubu dağıldı”.
İlqar bəyin sözlərinə görə ölkə çempionatının lideri olan kişilərdən ibarət “xarı Bülbül Şuşa” komandasını da eyni aqibət gözləyir. Böyük ehtimalla yaxın günlərdə bu klubun da fəaliytyətini dayandırması rəsmi şəkildə elan olunacaq. Xatırladaq ki, 2023-cü ildə yaranan “Xarı Bülbül” klubu ölkəmizi bu il Avrokuboklarda da təmsil etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:10 / 18.01.2024
Azərbaycan voleybolunda qeyri-adi OLAY – Çempionatın lideri FƏALİYYƏTİNİ DAYANDIRDI
Hazırda oxunan: Azərbaycan voleybolunda qeyri-adi OLAY – Çempionatın lideri FƏALİYYƏTİNİ DAYANDIRDI
Hazırda oxunan: Azərbaycan voleybolunda qeyri-adi OLAY – Çempionatın lideri FƏALİYYƏTİNİ DAYANDIRDI
174026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.