AFFA İsveçdə oynayan həmyerlimizi milliyə çağırmaq İSTƏYİR

AFFA İsveçdə oynayan həmyerlimizi milliyə çağırmaq İSTƏYİR

Hazırda oxunan: AFFA İsveçdə oynayan həmyerlimizi milliyə çağırmaq İSTƏYİR

173854

İsveçin "Örebro" klubunun qapıçısı Murad Əbdürrəhamnov Azərbaycan yığmasına cəlb edilə bilər. 

Bizim.Media xəbər verir ki, AFFA İsveç klubunun üzvünü yığmaya dəvət etmək üçün danışıqlara başlayır.

İsveçin U-17 yığmasının da təlim-məşq toplanışında iştirak etmiş Muradın Azərbaycan yığmasına cəlb ediləcəyi gözlənilir. Yaxın vaxtlarda Əbdürrəhmanovun yığmamızda oynayıb-oynamayacağı dəqiqləşəcək. Onun 17 yaşlılardan ibarət milli komandamızda oynamağa müsbət yanaşdığı iddia edilir.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü Murad "Örebro"nun yetirməsidir. Həmyerlimiz "Forvard" klubuna bir illik icarəyə verilib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO