“Neftçi” “Lokomotiv”in üzvü ilə RAZILIĞA GƏLDİ

“Neftçi” “Lokomotiv”in üzvü ilə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Neftçi” “Lokomotiv”in üzvü ilə RAZILIĞA GƏLDİ

173429

Plovdiv “Lokomotiv”inin futbolçusu Alfa Konte karyerasını Azərbaycanda davam etdirəcək. 

Bizim.Media Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı vingerin keçidi ilə bağlı klublar arasında danışıqlar yekunlaşıb. 

“Lokomotiv”in icraçı direktoru Pavel Kolev də açıqlamasında transferin həll olunduğunu təsdiqləyib.

“Neftçi” ilə bütün şərtləri razılaşdıran Syerra-Leone millisinin üzvünün bu həftə Bakıya gələrək, razılaşmanı rəsmiləşdirməsi gözlənilir. Bolqarların bu keçiddən 300 min dollara yaxın qazanc əldə etdiyi vurğulanıb.
Qeyd edək ki, Alfa Konte “Lokomotiv”in heyətində 13 oyunda 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO