Azərbaycanlı şahmatçı rəsmən İddiaçılar Turnirində

Azərbaycanlı şahmatçı rəsmən İddiaçılar Turnirində

Hazırda oxunan: Azərbaycanlı şahmatçı rəsmən İddiaçılar Turnirində

173305

Azərbaycan şahmatçısı Nicat Abasov karyerasında ilk dəfə İddiaçılar Turnirində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün Nicat Abasovun mötəbər yarışda iştirakını təsdiqləyib. 

Reqlamentə əsasən Dünya Kubokunda ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirində iştirakını təmin edir. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak etməyəcəyi ilə bağlı FIDE-yə rəsmi məktub göndərib.

Ali şahmat qurumu İddiaçılar Turnirinə vəsiqəni Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasova verib.

Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşaraq şahmat tacı uğrunda mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO