Mbappe

Mbappe "Real Madrid" ilə razılığa gəldi

Hazırda oxunan: Mbappe "Real Madrid" ilə razılığa gəldi

172449

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında "Real Madrid"ə keçəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Nəşr yazır ki, fransız yanvarın əvvəlində "Real Madrid"lə transfer barədə razılığa gəlib və növbəti mövsümdən Madrid klubunun futbolçusu olacaq. 

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirmişdi. Nəticədə İspaniya klubuna səs-küylü transfer baş tutmamışdı.
Bu mövsüm Mbappe Liqa 1-də 15 matçda iştirak edib, 18 qol vurub (beşi penaltidən) və iki məhsuldar ötürmə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO