Azərbaycan voleybol millisi Litvaya da uduzdu

Azərbaycan voleybol millisi Litvaya da uduzdu

Hazırda oxunan: Azərbaycan voleybol millisi Litvaya da uduzdu

172291

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.

Yanvarın 7-dək davam edəcək turnir AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO