Voleybol millimiz ilk oyunda UDUZDU

Voleybol millimiz ilk oyunda UDUZDU

Hazırda oxunan: Voleybol millimiz ilk oyunda UDUZDU

171945

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə bitib. U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO