“Arsenal” uduzaraq liderlik şansını əldən verdi - VİDEO

“Arsenal” uduzaraq liderlik şansını əldən verdi - VİDEO

Hazırda oxunan: “Arsenal” uduzaraq liderlik şansını əldən verdi - VİDEO

171596

İngiltərə Premyer Liqasının 20-ci turunda “Fulhem” və “Arsenal” komandalarının qarşılaşması başa çatıb.

Bizim.Media xəbər verir ki, Londondakı “Kreyven Kottec” stadionundakı matç 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə yekunlaşıb.

İlk hissənin beşinci dəqiqəsində Bukayo Saka matçda hesabı açaraq “Arsenal”ı önə çıxarıb. Birinci hissənin ortalarında, 29-cu dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə Bobbi de Kordova-Rid “Fulhem”i hesabda irəli çıxarıb. De Kordova-Ridin qolu bu görüşdə sonuncu olub və qarşılaşma elə bu hesabla da bitib - 2:1.

Matçın nəticəsindən sonra “Fulhem” 24 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Öz növbəsində “Arsenal” 40 xal qazanaraq dördüncü pillədə qalıb. Beləliklə, “topçular” 2023-cü ili Premyer Liqa cədvəlində birinci yerdə başa vurmaq fürsətini əldən veriblər.

Belə ki, hazırki lider “Liverpul”un 42 xalı var.

 

 

 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO