Ramil Quliyev: “Azərbaycanı sevirəm, haradan gəldiyimi unutmamışam”

Ramil Quliyev: “Azərbaycanı sevirəm, haradan gəldiyimi unutmamışam”

Hazırda oxunan: Ramil Quliyev: “Azərbaycanı sevirəm, haradan gəldiyimi unutmamışam”

171418

“Vətənimi sevirəm. Hardan gəldiyimi unutmamışam. Azərbaycanı sevirəm və bununla həmişə fəxr etmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur azərbaycanlı atlet dünya çempionu Ramil Quliyev İDMAN TV-yə açıqlamasında deyib.

Telekanal İstanbulda həmyerlimizdən xüsusi film hazırlayıb. 

Verilişdə Ramilin karyerasından, Azərbaycanda və Türkiyəyə köçdükdən sonra qardaş ölkədəki həyatından bəhs olunur. “Ramil” adlanan film bu gün saat 22-00-da İDMAN TV-də nümayiş olunacaq.
Qeyd edək ki, Ramil Quliyev əvvəllər Azərbaycanı təmsil edib. 2011-ci ildən Türkiyəyə köçən atletimiz hazırda qardaş ölkəni təmsil edir. O, 2017-ci ildə Londonda təşkil olunan dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO