“Neftçi”dən ayrılan Mutunun yeni iş yeri BƏLLİ OLDU

“Neftçi”dən ayrılan Mutunun yeni iş yeri BƏLLİ OLDU

Hazırda oxunan: “Neftçi”dən ayrılan Mutunun yeni iş yeri BƏLLİ OLDU

171253

Bir neçə gün əvvəl “Neftçi”dən istefaya göndərilən Adrian Mutu yeni komandasını müəyyənləşdirib. 

Bizim.Media Rumıniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yanvardan etibarən ölkəsində çalışacaq. ÇFR və “Petrolul” rəhbərliyindən təklif alan Mutu seçimini birincilərin xeyrinə edib. 

Maraqlıdır ki, o, Kluj-Napoka təmsilçisinin “sükanı arxasında” baş məşqçi ola-ola rəhbərliklə anlaşma əldə edib. 

Rumıniyalı hazırda həmkarı Andrea Mandorlininin qovulmasını gözləyir. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan ÇFR lider “Styaua”dan 8 xal geri qalır. Bunu uğursuzluq sayan rəhbərlik italiyalı Mandorlini ilə yollarını ayırmağın planlarını qurur.
Qeyd edək ki, Adrian Mutu yayda “Neftçi”yə baş məşqçi təyin olunsa da, uğursuz nəticələr mütəxəssisin istefaya göndərilməsinə səbəb olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO