Albaniya klubu “Qarabağ”ın legionerini icarəyə götürmək istəyir

Albaniya klubu “Qarabağ”ın legionerini icarəyə götürmək istəyir

Hazırda oxunan: Albaniya klubu “Qarabağ”ın legionerini icarəyə götürmək istəyir

171234

Albaniyanın “Tirana” klubu “Qarabağ”ın hücumçusu Redon Cicanı icarəyə götürmək istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatında xəbərlər yayılıb. 

Bildirilib ki, Azərbaycan klubunda çox oynamaq şansı almayan forvard Tirana şəhəri təmsilçisinə kömək edə bilər. 

“Tirana” klubunun direktoru Qrent Halili isə futbolinfo.az-a açıqlamasında bu məlumatı nə təsdiq, nə də təkzib edib:

“Bizdə bu cür informasiya yoxdur. Siz bu barədə “Qarabağ”a və Redon Cicanın özünə sual verin. Mən bunu şərh edə bilməyəcəm”.  

Qeyd edək ki, Cica carı ilin yayında “Tirana”dan “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisində 20 oyunda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO