Fatih Terim

Fatih Terim "Panatinaykos"da nə qədər maaş alacaq?

Hazırda oxunan: Fatih Terim "Panatinaykos"da nə qədər maaş alacaq?

171211

"Panatinaykos"a baş məşqçi təyin olunan Fatih Terimin Yunanıstan klubunda alacağı maaş müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 70 yaşlı mütəxəssis bonuslar xaric olmaqla illik 900 min avro qazanacaq. 

Komandanın sabiq baş məşqçisi İvan İvanoviç də məhz bu məbləğdə maaş alırdı. 

Yunanıstan mətbuatında yayılan məlumata görə, bu, "Panatinaykos"un son 10 ildə baş məşqçilərinə verdiyi ən yüksək məvacibdir.

Qeyd edək ki, "Panatinaykos" Fatih Terimlə 1,5 illik müqavilə imzalayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO