“Qəbələ” iki yoxlama oyunu keçirəcək

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

Hazırda oxunan: “Qəbələ” iki yoxlama oyunu keçirəcək

171041

“Qəbələ”nin 2023/24 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. 

Azərbaycan Premyer Liqasının XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək. 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq. Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama hələ dəqiqləşməyib.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO