Ağırlıqqaldırma millisinə yeni baş məşqçi TƏYİN OLUNDU 

Ağırlıqqaldırma millisinə yeni baş məşqçi TƏYİN OLUNDU 

Hazırda oxunan: Ağırlıqqaldırma millisinə yeni baş məşqçi TƏYİN OLUNDU 

170974

Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının İdarə Heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib. 

O, uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. 
Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar. Sərdar Həsənov isə qadınlardan ibarət komandanın baş məşqçisi olacaq. Onun köməkçisi Əfqan Bayramov olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO