Bu gün Azərbaycan idmanında 2023-cü ilin ən yaxşıları bəlli olub.
Bizim.Media xəbər verir ki, qaliblərin adları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Qala mərasimdə açıqlanıb.
Ən yaxşıların seçimi 3 mərhələdən ibarət olub. İlkin mərhələdə olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılıb. Üçüncü mərhələdə isə nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi nəzərə alınıb.
Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alıblar.
İlin ən yaxşı qadın idmançısı
1. Zöhrə Ağamirova (Bədii gimnastika)
2. Gövhər Beydullayeva (Şahmat)
3. İrina Zaretska (Karate)
İlin ən yaxşı kişi idmançısı
1. Hidayət Heydərov (cüdo)
2. Mixail Malkin (İdman Gimnastikası
3. Həsrət Cəfərov (Yunan-Roma güləşi)
İlin ən yaxşı qadın komandası
1. Bədii gimnastika üzrə milli komanda
2. Şahmat yığması
3. "Neftçi" Basketbol klubu (3x3)
İlin ən yaxşı kişi komandası
1. "Qarabağ" futbol klubu
2. Yunan-Roma güləşi üzrə yığma komanda
3. Tamblinq yığması
İlin ən yaxşı hakimi
1. Nazim Umbayev (cüdo)
2. Sədi Quliyev (güləş)
3. Asif Şirəliyev (güləş)
İlin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov (futbol)
2. Siyana Vasileva (Bədii gimnastika)
3. Rüstəm Alimli (cüdo)
İlin ən yaxşı idman tibb personalı
1. Ramil Vəliyev (cüdo)
2. Zaur Abdullayev (boks)
3. Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu
İlin ən yaxşı idman federasiyası
1. Azərbaycan Gimnastika Federasiyası
2. Azərbaycan Cüdo Federasiyası
3. Azərbaycan Kanoe və Avarçəkmə
İlin ən yaxşı idman klubu
1. "Ocaq Sport" İdman Klubu
2. "Sabah" Basketbol Klubu
3. "Qarabağ" Futbol Klubu
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:15 / 26.12.2023
Azərbaycanda ilin ən yaxşı idmançıları açıqlanıb
Hazırda oxunan: Azərbaycanda ilin ən yaxşı idmançıları açıqlanıb
Hazırda oxunan: Azərbaycanda ilin ən yaxşı idmançıları açıqlanıb
170901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.