Nazir: “Bu il Azərbaycan idmanı üçün uğurlu oldu”

Nazir: “Bu il Azərbaycan idmanı üçün uğurlu oldu”

Hazırda oxunan: Nazir: “Bu il Azərbaycan idmanı üçün uğurlu oldu”

170893

"Bu il ölkəmiz üçün çox uğurlu oldu. Biz ərazi bütövlüyümüzü bərpa etdik".

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "İlin idman yekunları" ilə bağlı keçirilən Qala mərasimində deyib. 

O bildirib ki, tarixin yaddaşına qovuşmasına günlər qalan 2023-cü il ölkəmiz və idmanımız üçün çox uğurlu olub:

"İlin ən uğurlu və yaddaqalan tədbiri Xankəndidə oldu. Tarixi torpaqlarımız Azərbaycan kubokunun 1/8 finalına ev sahibliyi etdi".

Qayıbov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley ilində ölkəmizdə bir sıra beynəlxalq yarışlar təşkil olunub:

"Demək olar ki, bütün federasiyalar yubileylə bağlı yarışlar keçirdi. Azərbaycan 3 dünya çempionatına, Avropa çempionatlarına, beynəlxalq turnirlərə və konfranslara ev sahibliyi etdi. Hətta izləmək üçün bəzən birindən digərinə çatdırmırdım. Bu il Azərbaycan idmanı üçün uğurlu oldu. İdmançılarımız da qatıldıqları yarışlarda uğurlu çıxış etdilər. Bir çoxları ilk dəfə dünya və Avropa çempionatında mükafata yiyələndi. Ölkəmiz Paris-2024 Yay Olimpiya Oyunlarına 9 lisenziyaya sahib oldu".

Qarşıdan Olimpiya ilinin gəldiyini deyən nazir bütün federasiyalara uğurlar arzulayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO