Üçnövçülük üzrə ölkə yarışı keçirilib - FOTO

Üçnövçülük üzrə ölkə yarışı keçirilib - FOTO

Hazırda oxunan: Üçnövçülük üzrə ölkə yarışı keçirilib - FOTO

170475

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə SSRİ çempionu, professor Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib. 

Bizim.Media xəbər verir ki, Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Bərdə, Quba və Xaçmazı təmsil edən 2010-2011-ci il təvəllüdlü 80 idmançı mübarizə aparıb. 

İştirakçılar 60 və 200 metr məsafəyə qaçış və uzunluğa tullanmada qüvvələrini sınayıblar. Həm 60, həm də 200 metr məsafəyə qaçışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Fidan Osmanova qalib olub. 

Uzunluğa tullanma üzrə yarışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Səlma Ağabəyova ən yüksək nəticəni göstərib. Üçnövçülük üzrə ümumi hesabda oğlanlarda Tuncay Hümbətov baş mükafata sahib çıxıb. Əkbər Dadaşlı 2-ci, Nurlan Mərdanov 3-cü yeri tutub. 
Qızlarda isə Fidan Osmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səlma Ağabəyova və Nila Heydərova müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıb.









Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO