20 mövsümün məhsuldarlıq rekordu

20 mövsümün məhsuldarlıq rekordu

Hazırda oxunan: 20 mövsümün məhsuldarlıq rekordu

170337

Azərbaycan kubokunun 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurulub. 

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, qeydə alınan məhsuldarlıq bu mərhələnin 8 matçı üçün turnirin tarixində ikinci göstəricidir. 

Bu raundun iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalin səkkiz görüşündə daha çox qol qeydə alınıb. 2003/04 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.
Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Sonuncu dəfə 2008/09 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO