"Qəbələ" "Sabah"a qalib gəldi

Hazırda oxunan: "Qəbələ" "Sabah"a qalib gəldi

170303

Misli Premyer Liqasında 18-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, 2-ci dövrənin və ilin son turunun ilk oyun günündə 1 görüş keçirilib.
Son vaxtlar uğursuz çıxış edən və hazırda sonuncu pillədə qərarlaşan "Qəbələ" "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Qəbələ" 3 turdan sonra qələbə qazana bilib.

Turun digər oyunları isə dekabrın 23-də və 24-də keçiriləcək.
Qeyd edək ki, bu turun ardından komandalar qış fasiləsinə yollanacaq. 3-cü dövrəyə isə 2024-cü il yanvarın 21-də start veriləcək.

 22 dekabr

Misli Premyer Liqası, 18-ci tur

16:00 "Qəbələ" - "Sabah" - 1:0

Qol: Murad Musayev, 45+1

Reallaşdırılmayan penalti: "Sabah"ın futbolçusu Anatoli Nuriyev 79-cü dəqiqədə penaltini düzgün yerinə yetirə bilməyib

Qəbələ şəhər stadionu

23 dekabr

16:00."Turan Tovuz" - "Araz-Naxçıvan"

Tovuz şəhər stadionu

18:30."Sumqayıt" - "Səbail"

"Kapital Bank Arena"

24 dekabr

16:00."Neftçi" - "Kəpəz"

"Neftçi Arena"

18:30."Zirə" - "Qarabağ"

Zirə İdman Komleksi

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO